Türkiyə mətbuatının verdiyi məlumata görə, Tuzla limanından Ukraynanın Sevastopol limanına yollanan Panama bayraqlı «M/V FOM» yük gəmisinin heyəti oktyabrın 21-də həyəcan siqnalı verərək yardım istəyib.
Qara dənizdəki Ereğli limanından 70 mil şimalda olan gəminin heyətinin xilas edilməsi üçün Türkiyə Hərbi Dəniz Qüvvələri bölgəyə «Yıldırım» gəmisini göndərib. Gəmidəki «AB-212» xilasetmə əməliyyatı üçün havaya qaldırılıb. Vertolyotdan endirilən nərdivan vasitəsi ilə bir azərbaycanlı, dörd gürcü və üç Türkiyə vətəndaşı olmaqla, gəmi heyətinin 8 üzvü xilas edilib. Gəmi heyəti Ereğli limanına gətirilib. Gəmi heyəti xilasetmə əməliyyatı ilə əlaqədar hərbçilərə təşəkkür edib.