«Anadolu» xəbər verir ki, Karter ötən gün Bağdadda İraqın baş naziri Heydər əl-Abadi ilə görüşüb. Pentaqon rəhbəri oktyabrın 21-də Bağdad və Ankara arasında iki ildən artıqdır ki, İŞİD terror təşkilatının nəzarəti altında olan Mosul şəhəri ərazisində əməliyyatların aparılması üzrə razılaşma əldə olunduğu barədə xəbər vermişdi.
«Türkiyə və İraq Mosulda İŞİD-ə qarşı əməliyyat aparmaq məsələsi üzrə prinsipial razılıq əldə edib», - deyə Karter bildirib.