Onun sözlərinə görə, «İraq-Şam İslam dövləti» (İŞİD) terror təşkilatının Kərkükə hücumu nəticəsində 93 nəfər öldürülüb.
Onlardan 31-i mülki, 62-si isə polis və əsgərdir.
Kərkükün Dibis bölgəsində İŞİD-in törətdiyi terror zamanı 17 nəfər həlak olub. Dakuk rayonunda isə hava zərbələri zamanı 13 nəfər ölüb.
Millət vəkili deyib ki, 51 İŞİD terrorçusu məhv edilib. O, digər terrorçuların isə şəhəri mühasirəyə aldığını bildirib.