Yaxın 15 ay ərzində neftin dünya qiymətləri bir barelə görə 50-60 dollar civarında dəyişəcək. «Report» «İnterfax»a istinadən xəbər verir ki, bunu Küveytin maliyyə naziri və neft naziri vəzifələrinin icraçısı Ənəs əs-Saleh bildirib.«Biz 60 dollar nəzərdə tuturuq, yəni növbəti 15 ay ərzində neftin qiyməti 50-60 dollar səviyyəsində qalacaq», - deyə nazir «Al-Rai» telekanalına müsahibəsində bildirib.
Əs-Saleh qeyd edib ki, qiymətlərin balanslaşdırılmasına həm istehlakçıların, həm də istehsalçıların maraqlarına cavab verəcək şəkildə səy göstəriləcək.
çap et