«Report»un «İnterfax»a istinadən verdiyi xəbərə görə, diplomatik nümayəndəliyin məlumatında bildirilir ki, amerikalılara hücum əvvəlcədən hazırlanmış və ya planlaşdırılmamış xarakter daşıya bilər. Konsulluğun məlumatına görə, bu, silahlı hücum, oğurlanma, partlayış və ya digər zorakılıq aktı ola bilər.
Məlumatda hansı kateqoriyalı amerikalıların hücum obyekti ola biləcəyi qeyd edilməyib.