Beynəlxalq ictimaiyyətin diqqəti İŞİD-in İraqda sonuncu istinadgahı olan Mosulun azad edilməsi əməliyyatına yönəldiyi bir vaxt, Suriyanın şimalında olduqca ciddi toqquşmaların baş verdiyi bildirilir.
Hələbdə hərbi əməliyyatların intensivləşdirildiyi bir vaxt şimalda yerləşən Tel Rifat şəhəri uğrunda mübarizə gedir. Türkiyənin və ABŞ-ın da dəstəklədiyi bəzi üsyançılar Tel-Rifat şəhərini fevral ayında onun nəzarətini ələ keçirib yerli ərəbləri qovduğu kürdlərdən təmizlənməsi uğrunda döyüşlər aparır.
Kürdlərin üstünlük təşkil etdiyi Suriya demokratik qüvvələri Tel Rifat şəhərini və ətrafda bir neçə kəndi onların Rusiyanın dəstəyi ilə hücuma keçən Suriya prezidenti Bəşar Əl-Əsəd tərəfdarı qüvvələrin nəzarətinə keçməməsi üçün ələ keçirdiklərini bildirir. Lakin «Amerikanın Səsi»nin keçən ay Türkiyədə qaçqın düşərgəsində müsahibə apardığı bəzi qaçqınlar kürdlərin həmin kəndlərdən ərəbləri qovduğunu və onların yenidən qayıtmasına icazə vermədiklərini bildiriblər.
Kəndlərin ələ keçirilməsi kürdləri xəyanətdə ittiham edən üsyançılar tərəfindən qəzəblə qarşılanıb. Üsyançılar tarixən ərəb şəhəri olan Tel Rifatın qaytarılmasına söz verib.
BMT-nin nümayəndələrinin bildirdiyinə görə, Hələbdə hərbi əməliyyatların yenidən başlaması və üsyançılarla kürdlər arasında qarşıdurma humanitar fəlakətlə qarşılaşmış əhalini daha faciəli bir vəziyyətdə qoymuş olur.