Vaxt.Az
Tiflisdə silahlı insident
NATO təlim mərkəzinə silahlı hücum edilib
Tiflisdə NATO təlimlərinin keçirildiyi Treninq Mərkəzinin yaxınlığında silahlı şəxs zərərsizləşdirilib. azadliq.org-un məlumatına görə, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, NATO-Gürcüstan Birgə Təlim və Evolusiya Mərkəzinə naməlum şəxslər girməyə cəhd göstəriblər. Mühafizə xidmətinə hücum zamanı açılan atəşdən hücumçunun
biri ölüb, digərləri qaçıb.
Müdafiə Nazirliyinin hərbi polisi hücumun səbəbini
araşdırır. Ancaq hücum edənlərin neçə nəfər olduğu barədə hələlik məlumat
verilməyib.
Xatırladaq ki, NATO-Gürcüstan Birgə Təlim və Evolusiya Mərkəzi
ötən ilin avqustunda açılıb.
24.10.2016 çap et