Onun bişirilməsinə 20 nəfərdən çox insan təqribən 3 saat vaxt sərf edib. Rekord notariat tərəfindən təsdiq edilsə də, müvafiq ərizə verilmədiyi üçün, o, «Ginnesin Rekordlar Kitabı»na düşə bilməyib.
Pirojnanın hazırlanmasına 70 kq. kərə yağı, 2 min ədəd yumurta, 50 kq. un və 300 litr süd sərf olunub. Ümumi dəyəri 1,5 min avro olan bütün bu inqredientlər sponsorlar tərəfindən alınıb. Bundan əldə olunacaq gəlir xeyriyyə məqsədləri üçün istifadə olunacaq.
Hazırda ən böyük eklerin hazırlanması üzrə rəsmi rekord isveçrəli çörəkçilərə məxsusdur. Onların hazırladığı pirojnanın uzunluğu 503 metr olub.