Hadisələrdən 105-i ağır və xüsusilə ağır cinayətlər, 19-u qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 31- qəsdən sağlamlığa ağır zərər vurma, 5 zorlama və zorlamaya edilən cəhddir.
Rəsmi statistikaya görə, hadisələrdən 44-ü oğurluq, 11-i mənzillərdən oğurluq, 9-u soyğunçuluq, 6-sı quldurluq, 1-i dələduzluq, 113-ü xuliqanlıq, 2-si narkotik vasitələrlə bağlı cinayətlərdir.
Zərərçəkənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı isə 36-dır.
Ümumilikdə sərxoş vəziyyətdə cinayət törədən şəxslərin sayı 691 nəfərdir.
Onlardan 348 nəfəri məhkum olunub. Qeyd edək ki, bütün işlər üzrə cinayət işləri tamamlanıb və ya sadələşdirilmiş icraat üzrə yekun protokolu təsdiq edilib.