Ərdoğan Rusiya və Türkiyənin iki qonşu dövlət olduğunu və sülh üçün birlikdə hərəkət etmələrinin lazım olduğunu vurğulayıb: «Bir-birimizə elə çox yaxınıq ki, məsələn, mən müraciət etsəm, Soçidən səsimi eşidərlər, Soçidən müraciət etsələr, mən eşidərəm. Sülh üçün birlikdə hərəkət etmək lazımdır. Birlik və həmrəylik içərisində addım atmağımıza ehtiyac var. Bütün Rusiya xalqına öz xalqım adından səmimi arzularımı yetirirəm. Spasibo!».
Qeyd edək ki, veriliş efirə oktyabrın 22-si gedib. (oxu.az)