Vaxt.Az
Nurçulara qarşı əməliyyat
159 kitab, 9 jurnal müsadirə olunub
Bakıda nurçulara qarşı əməliyyat keçirilib. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Qaradağ rayon Polis İdarəsi əməkdaşlarının rayonun Sahil qəsəbəsində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə sakini, 1983-cü il təvəllüdlü Rizvan Rəşid oğlu Həmidovun yaşadığı evə baxış keçirilib. Baxış zamanı oradan təbliği və yayımı qanunla qadağan olunmuş 159 ədəd kitab və 9 ədəd jurnal aşkarlanıb.Rayonun Lökbatan qəsəbəsində həyata
keçirilən tədbirlər zamanı isə qəsəbə sakinləri – 1975-ci il təvəllüdlü İlkin
İbrahimovun yaşadığı evdən 14 ədəd, 1977-ci il təvəllüdlü Samir İbrahimovdan 17
ədəd, 1960-cı il təvəllüdlü Tərixanım İbrahimovadan 10 ədəd və 1975-ci il təvəllüdlü
Qəndab Hüseynovadan 15 ədəd təbliği və yayımı qadağan olunmuş dini ədəbiyyat
götürülüb.
Məlumata görə, evində axtarış aparılan şəxslərin nurçuluğu təbliğ edirmiş.
24.10.2016 çap et