Vaxt.Az

«Spidometrin işlək olmaması qanun pozuntusudur»


 

Bəs avtomobilin yürüşünə müdaxilə edənlər məsuliyyətə cəlb olunurmu?

«Spidometrin işlək olmaması qanun pozuntusudur» İkinci-əl avtomobillərin alqı-satqısı zaman avtomobili daha tez və yüksək qiymətə satmaq naminə işbazlar bəzi hiylələrə əl atırlar. Belə ki, avtomobilin yürüşünü azaldaraq müştərini aldatmağa çalışırlar. Bəs bunu edənlər hansısa məsuliyyətə cəlb olunurmu?

Məsələ ilə bağlı Modern.az-ın suallarını cavablayan Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, bununla bağlı Dövlət Yol Polisi heç kimi məsuliyyətə cəlb etmir.

«Bu istehsalçı zavodun dilleri tərəfindən bu hal müəyyən edilə bilər. Yalnız mütəxəssislər müəyyən edə bilər. Kimsə avtomobilin yürüşünü geri çəksə onu sübut etmək mümkün deyil. Bu bütün dünyada var, təkcə Azərbaycanda deyil. Ən müasir avtomobilləri belə ölkəmizə gətirərkən onun getdiyi yürüşü geri çəkib gətirirlər.

Avtomobilin spidometrinə müdaxilə edilməsi ilə bağlı hansısa məsuliyyət yoxdur. Spidometrin işlək olmamasına görə qanunvericilikdə məsuliyyət var, amma yürüşün dəyişdirilməsinə görə heç bir məsuliyyət yoxdur».

 





24.10.2016    çap et  çap et