Modern.az xəbər verir ki, hazırda robotlaşdırma dərsləri verən 20 yaşlı tələbəmiz «Mələk beyni» konsepsiyası üzərində təqribən 2 il işləyib və bu sahəyə uyğun araşdırmalar aparıb. Müəllifi olduğu «Mələk beyni» konsepsiyası NASA tərəfindən maraqla qarşılanan Kənan Əhmədli NASA-nın təcrübə proqramına qəbul olunub. O, növbəti ayın əvvəlində maketləşdirmə və robotlaşdırma sahəsində biliyini təkmilləşdirmək məqsədi ilə ABŞ-a yola düşəcək. Kənan Əhmədli bir aylıq təcrübə müddətində NASA-da özünü ən yaxşı şəkildə göstərməklə təhsilini orada davam etdirmək niyyətindədir.
Qeyd edək ki, həm meta-proqramlaşdırma, həm də adi proqramlaşdırma ilə məşğul olan Kənan Əhmədlinin nəzərdə tutduğu robotlar süni intellekt (insan məntiqini maşın və robotlarda tətbiq etmək məqsədi daşıyan riyazi elm) əsasında yaradılacaq.