Vaxt.Az

«Sepah»ın livanlı «müxbir»i Suriyada həlak olub


 

Fars agentliyinin əməkdaşı Hələb döyüşlərində ağır yaralanmışdı

«Sepah»ın livanlı «müxbir»i Suriyada həlak olub İran İnqilab Keşikçiləri Korpusuna (Sepah) məxsus «Fars» agentliyinin livanlı «müxbir»i Əla Nəcm Suriyada gedən döyüşlərdə həlak olub.

Yayılan məlumatlara görə, 21 yaşlı «Sepah»çı, Əla Nəcm bir neçə gün əvvəl Suriyanın Hələb şəhərində gedən döyüşlərdə ağır yaralandıqdan az sonra həlak olub. Onun meyitinin Livanda və ya İranda basdırılacağı açıqlanmayıb.

İran İslam Respublikası, Bəşər Əsəd rejiminin əsas müttəfiqlərindən biri sayılır. Son illər Əsədə dəstək məqsədilə bu ölkəyə göndərilən minlərlə «Sepah»çı, Suriya hökumətinə müxalif qüvvələrlə qarşıdurmalarda həlak olub.

 





24.10.2016    çap et  çap et