Vaxt.Az

OPEK-dən Bakıya dəvət


 

Azərbaycan Vyana görüşünə qatıla bilər

OPEK-dən Bakıya dəvət OPEK və qeyri-OPEK ölkələrinin energetika nazirlərinin bu həftə Vyanada keçiriləcək görüşünə Azərbaycan da dəvət olunub.

Bunu RİA Novosti-yə açıqlamasında Azərbaycan Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva deyib.

Onun sözlərinə görə, oktyabrın 28-31-də keçiriləcək Vyana görüşündə Azərbaycanı energetika Naziri Natiq Əliyev təmsil edəcək.

O, əlavə edib ki, N.Əliyev artıq tədbirə iştirak üçün dəvət məktubu alıb.

Qeyd edək ki, görüşdə əsas müzakirə mövzusu neft hasilatının azaldılması və ya dondurulması olacaq.

 





24.10.2016    çap et  çap et