Vaxt.Az

Bill Qeytsin inanılmaz xobbisi


 

Dünyanın əz zəngin adamı niyə qabları özü yumağı xoşlayır?

Bill Qeytsin inanılmaz xobbisi Microsoft şirkətinin təsisçisi Bill Qeyts dünyanın ən zəngin adamı olsa da hər gün axşam evdə şam yeməyindən sonra qabları özü yumağı sevir. CNBC şirkətinin müxbiri Markeruit Vardın yazdığına görə, Bill Geyts bunu özü 2014-cü ildə «Reddit internet» saytında sualları cabalandırarkən deyib.

«Mən hər axşam qabları özüm yuyuram, başqaları da həvəs göstərir, amma mən bunu özüm istədiyim kimi etməyi xoşlayıram» - deyə Qeyts cavab verib.

Bill və Melinda Qeyts Fondunun təsisçisi kimi dünya boyu xeyriyyə layihələrinə rəhbərlik edən Qeytsin məşğulluğuna görə buna vaxt ayıra bilməsi çoxlarına inanılmaz görünə bilər. Amma o həqiqətən də buna nəinki vaxt tapa bilir, həm də bunu xeyirli bir iş olaraq görür.

Kimsə bunu dünyanın ən zəngin adamının qəribə bir istəyi kimi izah edə bilər. Amma əslində Qeytsin bu həvəsinin faydalı tərəfləri elm də öz təsdiqini tapır.

Alimlərin apardığı tədqiqatların nəticələri göstərir ki, qab yumaq stress səviyyəsinin azaldılması və hətta yaradıcılıq qabiliyyətlərinin artmasına kömək edə bilər.

İlk baxışda bəziləri bununla razılaşmaya bilər, çünki əslində əksər insanlar qab yumağı bir mükəlləfiyyət olaraq görür. Amma burada əsas məsələ işə münasibətdən gedir.

Sahibkarlıq, kiçik biznes və maliyyə xəbərlərini işıqlandıran jurnalist Vardməqaləsində Amerikanın iki universitetində keçirilmiş təcrübələri qeyd edib.

Florida Universitetində aparılan tədqiqatın nəticələrinə görə, qabları yuyan zaman nəfəs almaq, əşyalara toxunmaq, iyləri hiss etmək və görülən vəzifəni şüurlu şəkildə yerinə yetirərkən tələbələrdə stress səviyyəsinin azalması, diqqətin isə artması müşahidə edilib.

Təcrübədə 51 nəfər tələbədən ibarət qrup iştirak edib. Alimlər belə bir qənaətə gəlib ki, bu kimi başqa məşğuliyyətlər zamanı da stressin səviyyəsinin azalması və ümumi fiziki durumun yaxşılaşmasına nail olmaq olar.

Suyun temperaturu və yaxud da sabunun ətrinə diqqət yetirib hiss etmək beyni stimullaşdırır.

Tədqiqatın müəllifi olan Florida Universitetinin doktorantı Adam Hanli deyib ki, o, təcrübə zamanı «xüsusilə də bu adi gündəlik işlərdən zehni inkişaf və beləliklə də ümumi sağlamlığın yaxşılaşdırılması üçün necə istifadə edilə bilməsi» məsələsinə diqqət verib.

Buna oxşar təcrübə Kaliforniya universitetində də aparılıb. Təcrübənin nəticələri göstərib ki, mürəkkəb tapşırıqlardan fərqli olaraq bəsit tapşırıqlar yerinə yetirilərkən bu, problemlərin həllinə daha yaradıcı yanaşma tərzinin formalaşmasına kömək edir.

Alimlər hələlik ilham mənbəyinin potensialının elmi şəkildə tədqiq edilmədiyini bildirir. Lakin adətən ən yaxşı fikirlərin iş masası arxasında deyil, əslində duş qəbul edəndə, ya da idman edəndə yarandığı deyilir.

Bill Qeytsin hər axşam qab yumaq vəzifəsini öz üzərinə götürməsini də yəqin ki bununla izah etmək olar. Əsas bu işə beynin dincəlib yeni gözəl fikirlər gətirə biləcəyi bir məşğuliyyət kimi baxmaqdır.

 





24.10.2016    çap et  çap et