Vaxt.Az

Kərkükü bitirən neft


 

Qədim türk şəhəri haqda bir neçə kəlmə

Kərkükü bitirən neft 1927-1928-ci illərdə ingilislərlə İraq neft şirkəti Kərkük ətrafında neft aşkarlayır. Bütün tarixi faktlarda açıq-aydın göstərilir ki, 1930-cu ilə qədər Kərkükün əhalisi başdan-başa birmənalı türkmənlərdən ibarət olub.

Neft tapılması ilə əlaqədar Kərkükdəki iqtisadi canlama başlayır və təbii ki, bu da Kərkükə müxtəlif bölgələrdən ərəb və kürd axını ilə müşaiyət olunur. Kərkükün ətrafındakı çöllüklərdə zatən çətin şəraitdə yaşamağa alışmış kürdlər çöxsaylı kürd kəndləri salır. Və bu ərəb-kürd axını 1930-dan etibarən 1960-cı ilə qədər davam edir. 

1957-ci ilin statistikasına görə artıq Kərkük əhalisinin faiz nisbəti bu üç millət arasında belə formalaşır:

Türkmənlər - 37,63 faiz

Kürdlər - 33, 26 faiz

Ərəblər - 23 faiz

1970-ci ildə İraq höküməti kürdlərin tələbilə onlara mədəni muxtariyyət verir, kürd dilində təhsil, hakimiyyətdə təmsil olunma və s. Bundan ilhamlanan Molla Mustafa Bərzani 1973-cü ildə Kərkükü kürd şəhəri elan edir. Bağdad isə bunu müharibə elanı kimi qəbul edib 1974-cü ildə mədəni muxtariyyət statusunu birtərəfli ləğv edir. Və sonrakı dövrlərdə İraq belə strateji bir bölgədən kürdləri köçürərək ərəb əhalini orda mütəmadı yerləşdirilməsinə diqqət yetirir. 

Bütün bu sadaladıqlarım - baş verənlərin fonunda isə türkmən əhalini nəzərə alan yoxdur.

 





25.10.2016    çap et  çap et