AzVision.az xəbər verir ki, «Apollon-14» gəmisinin astronavtı, Aya ayaq basmış altıncı adam kimi tarixdə qalan Edqar Mitçell bu ilin fevralında dünyasını dəyişib, WikiLeaks-in açıqladığı məktub isə 2014-cü ilin oktyabrın 1-də yazılıb.
Məktubda astronavt Mitçell senator Podesta ilə Yerdən kənar sivilizasiyalar mövzusunu müzakirə edir. Mitçell senatora yazır ki, Arozinada Vatikanın xüsusi rəsədxanası var və orada güclü astronomlar çalışırlar. Onlar Papa Frensislə də görüşüblər. Bu astronomlar yadplanetlilərin mövcudluğunu və sülhsevər olduğunu Papaya danışıblar.
Edqar Mitçell iddia edir ki, kənar
sivilizasiyanın təmsilçiləri tau-neytrinoların və «sıfır nöqtə enerjisi»nin
sirrini Yerə ötürmək istəyirlər. Bu, ekoloji cəhətdən təmiz, qeyri-məhdud
enerji almaq imkanı yaradır.
Mitçellə görə, sülhsevər kənar sivilizasiyanı narahat edən məsələ insanların
müharibəyə meyilli olmasıdır. O, məktubda bu məsələləri senatorla şəxsən
müzakirə etmək istədiyini vurğulayıb.