Vaxt.Az

Gənc fəal təhdid edilib


 

Ərdəbilli azərbaycanlı fəal Mahmud Nəsiri ETTELAAT-a çağırılıb

Gənc fəal təhdid edilib Ərdəbilli azərbaycanlı fəal Mahmud Nəsiri oktyabrın 24-də ETTELAAT-ın (İran Kəşfiyyat Nazirliyi) Ərdəbil şöbəsinə çağırılaraq təhdid edilib.

Mahmud Nəsiri şöbəsinin xəbər mərkəzində, ümumi məkanlardakı açıqlamaları və son günlərdə yazdığı «İnternet Azərbaycan Milli Hərəkatı üçün fürsət yoxsa təhdiddir» başlıqlı məqaləsi ilə bağlı sorğu-suala tutulub. O həmçinin tanınmış fəal Abbas Lisani və digər ərdəbilli fəallarla əlaqədar dindirilib.

İdarədə M.Nəsiridən ondan digər azərbaycanlı fəallarla əlaqə qurmaması və onların əleyhinə məqalə yazması tələb olunub. Belə olarsa, onun keçmişdəki fəaliyyətləri bağışlanılacağı bildirilib.

ETTELAAT-da hadisənin mətbuata çıxmaması barədə də M.Nəsiriyə xəbərdarlıq edilib. İdarədə onu da qeyd ediblər ki, əks halda fəala qarşı tədbir görüləcək.

 





25.10.2016    çap et  çap et