Vaxt.Az

ABŞ-da erkən səsvremə


 

ATƏT buna etiraz edib

ABŞ-da erkən səsvremə Amerika Birləşmiş Ştatlarında (ABŞ) noyabrın 8-də keçiriləcək prezident seçkilərinə erkən səsvermə başlanılıb.

Floridada 500 minə yaxın insanın səsvermə hüququ var. Onlardan artıq 200 minə yaxını səslərini poçt və ya internet vasitəsilə verəcəklərini bildiriblər. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) səs vermənin bu üsuluna qarşı kəskin tənqidlə çıxış edib. Komissiyanın məruzəsində qeyd olunub ki, bu yolla gizli səs vermə prinsipi pozulur. Qeyd edək ki, vaxtından əvvəl seçkilərin keçirilməsi ABŞ-ın daha 32 ştatında və Kolumbiya dairəsində mümkündür. Proqnozlara əsasən, seçicilərin 40 faizi seçki günündən əvvəl səs verəcək.

 





25.10.2016    çap et  çap et