Sözügedən məsələ ilə bağlı jurnalist və teletənqidçi Qulu Məhərrəmli faktor.az-a açıqlama verib. Onun sözlərinə görə tamaşaçıları bezdirən belə verilişlər haqqında düşünmək və bəzi dəyişikliklər etmək lazımdır:
«Bu cür formatlı verilişlər bütün telekanalların ənənəvi nöqsanıdır. Hamısının formatı bir-birinə oxşayır. Strukturu, elementləri hətta aparıcıların danışıq tərzləri də eynidir. Düzdür bu tip verilişlər lazımdır amma nəticə etibarı ilə bunların sayı çoxalır və bayağılaşıb tamaşaçıları bezdirir. Əyləncəli verilişlərin olmağı normaldır amma onun bu şəkildə təqdim olunması, səviyyəcə aşağı, bayağı və şit olması normal deyil.
Əsasən «Space» kanalı bu tip yolu seçib. Ad günləri, toylar və s. ilə tamaşaçıların əyləncəyə olan tələbatını ödəməyə çalışırlar. Bunların içində uğurlu olanı da var, uğursuz olanı da var. İndi haqqında danışdığımız veriliş də uğursuzlardan biridir. Ona görə də bu veriliş haqqında düşünmək, formatını , aparıcısını dəyişmək, elementlərini zənginləşdirmək və efir səviyyəsini artırmaq lazımdır».
Qeyd edək ki, sosial şəbəkələrdə paylaşılan həmin videogörüntülərdə zalda əyləşən tamaşaçılardan biri səhnəyə çıxaraq efirə yaraşmayan tərzdə ayaqqabılarını çıxararaq rəqs etməyə başlayıb.