Vaxt.Az
Əli Həsənov baş nazirin müavinləri ilə görüşüb
Görüşdə Türkiyə prezidentin sözçüsü İbrahim Kalında iştirak edib
Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyədə səfərdə olan Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün də bir sıra görüşlər keçirib. Vaxt.az xəbər verir ki, AzərTAc-ın məlumatına görə, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın, baş nazirin müavinləri Toğrul Türkeş və Numan Kurtulmuş ilə görüşüb.
Görüşlərdə Azərbaycan-Türkiyə
strateji münasibətlərində yüksələn xətlə xarakterizə olunan inkişafın əhəmiyyəti,
mətbuat və informasiya sahəsində əlaqələrin perspektivləri, həmçinin qarşılıqlı
maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov görüşlərdə
iştirak edib.
25.10.2016 çap et