AFR-in Xarici İşlər Nazirliyindən DRA agentliyinə bildiriblər ki, “noyabrın 13-də konsert keçirmək üçün Baş konsulluğun binasında boş yer olmayacaq».
Agentliyin məlumatına görə, konsert ora kimlərin dəvət olunduğu bilinəndən sonra ləğv olunub. Belə ki, dəvətlilər arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Binali Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoqlu, mədəniyyət və turizm naziri Nəbi Avcii də olub. Qeyd edilir ki, Bundestaqın məlum qətnaməsi ilə bağlı Almaniya və Türkiyə arasında yaşanan qalmaqaldan sonra münasibətlərin normallaşması fonunda belə bir dəvətin ortaya çıxması ən azı qəribə görünür.
«Tədbirə dəvətlər Xarici İşlər Nazirliyinin iştirakı olmadan edilib», - deyə nazirlikdən bildiriblər.