Qeyd edək ki, Xudu müəllimin katiblə söhbətində obyektin gələcək təyinatı da müəyyən edilmişdi; obyekt «Çay evi» kimi fəaliyyət göstərəcəkdi. «Çay evi»nin tikintisində ən çətin işi - günbəzin sinklənmiş dəmirlə vurulmasını isə Ağdamda məhşur dəmirçi sayılan Mamed kişi görür.
26 iyul 1986-cı ildə «Çay evi»nin təntənəli açılış mərasimi olur.
Bir maraqlı hadisə də, binanın üstünü vuran dəmirçi Mamed nəqı edirdi.
Mamed kişi illərlə evinə telefon çəkilməsi üçün növbə gözləsə də məsələ həll olunmurmuş, kişini get-gələ salıblarmış.
Binanın günbəzşəkilli damını dəmirlə örtmək həm məsuliyyətli, həm də təhlükəli olduğundan bu işi kimsə üzərinə götürmür, bircə Mamed kişi sinədini irəli verir ki, işi mən üzərimə götürürəm. Onu S.Murtuzayevin yanına gətirirlər.
- Bacararsanmı bu işi?
- Allah qoysa, Sadix məllim!
Razılaşırlar və otaqdan çıxarkən, qəfil yadına düşür ki, katibin qəbuluna düşmək çətindir, elə burdaykən evinə telefon çəkilməsi məsələsini də xahiş eləsin!
İş iki gün çəkir. İkinci gün işini bitirib evə gələn Mamed kişi evə artıq telefon çəkildiyini görür və ilk zəngi S.Murtuzayevdən alır. Təbii ki, çay evindəki işini layiqincə yerinə yetirdiyinə görə təşəkkür zəngi.