ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klapper də eyni fikri söyləyib. Klapper bildirib ki, onlar Suriya ərazisində qeyri-uçuş zonasının yaradılmasında israr edərlərsə, Rusiya ABŞ tərəfdən təhlükə hiss edərsə, onun təyyarələrini vurmaqdan çəkinməz. O deyib ki, Rusiya Suriyaya güclü havadan müdafiə sistemi yerləşdirib və bu sistemdən istifadə etməyə bilməz.
Klintonun da tərəfdar olduğu qeyri-uçuş zonası barədə təklifi Obama administrasiyası Rusiyayla qarşıdurmaya getməməkdən ötrü qəbul etməyib.
Bu təklifin tərəfdarı təkcə Klinton deyil. Trump-ın həmkarı, respublikaçıların vitse-prezidentliyə namizədi Mike Pence də belə yanaşma ilə çıxış edib. Amma Tramp oktyabrın 25-də «Reuters» agentliyinə müsahibəsində deyib ki, «Klintona qulaq assanız, 3-cü Dünya müharibəsinin şahidi olacaqsınız».
«Siz daha Suriyayla vuruşmursunuz. Siz Suriya, Rusiya və İranla döyüşürsünüz. Rusiya isə nüvə ölkəsidir və bu ölkədə nüvə silahları ona qarşı çıxan ölkələrə doğru çevrilir», - Donald Tramp deyib.