Vaxt.Az

Mourinyonun göz yaşları


 

«Mançesterdəki həyatım fəlakətdir»

Mourinyonun göz yaşları «Mançester Yunayted»in baş məşqçisi Joze Mourinyo Mançesterdəki yaşayış şəraitindən gileylənib. Qol.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis Britaniya mətbuatına açıqlamasında komandası kimi öz işlərinin də yaxşı getmədiyini deyib:

«Qızımın 20, oğlumun isə 17 yaşı olacaq. Universitetləri, dostları Londondadır. Artıq böyüyüblər və arxamca düşəcək yaşda deyillər. İlk dəfədir ki, ailəmdən uzaqda yaşayıram. Buna uyğunlaşmaq çox çətindir.

Bəzən bayıra çıxıb gəzmək, bəzən isə təkcə körpünü keçərək restorana getmək istəyirəm, amma bacarmıram. Burdakı həyatım kiçik bir fəlakətdir».

 





26.10.2016    çap et  çap et