Vaxt.Az

Bəraət hökmü ləğv olundu


 

Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədən saldı

Bəraət hökmü ləğv olundu Adam öldürmə cinayəti üzrə ittiham edilən və barəsində bəraət hökmü çıxarılan Aleksandr İvanyukun hökmündən prokurorun verdiyi kassasiya protestinə baxılıb.

Lent.az-ın məlumatına görə, Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə Bakı Apellyasiya Məhkəməsinin verdiyi bəraət hökmü ləğv edilib və iş yenidən adıçəkilən məhkəməyə qaytarılıb.

İttihama görə, hadisə 2014-cü ilin sentyabr ayının 21-də Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 104 saylı binanın 44-cü mənzilində baş verib. Həmin ünvanda Rusiya vətəndaşları A.İvanyuk və Sergey Siçenkov arasında mübahisə yaranıb. Belə ki, S.Siçenkovun 100 manat pulu itib. Bundan sonra A.İvanyukdan şübhələndiyini bildirib.

Daha sonra S.Siçenkov A.İvanyuku döyüb. Bu zaman A.İvanyuk S.Siçenkovu eyvandan aşağı atıb. Hadisə nəticəsində S.Siçenkov ölüb. Ona Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham verilsə də, sonradan ittiham dəyişdirilərək 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsinə tövsif olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.İvanyuk 11 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi Ülkər Yusifova apellyasiya şikayəti verib. A.İvanyukun apellyasiya şikayəti təmin edilib. Birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib. Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.

 





27.10.2016    çap et  çap et