Vaxt.Az

48 nəfər xilas olunub


 

Cənub rayonlarında fövqəladə vəziyyət

48 nəfər xilas olunub Fövqəladə Hallar Nazirliyi (FHN) ölkə ərazisində yağan intensiv yağışlar nəticəsində subasma hadisələrilə bağlı təcili tədbirlər həyata keçirib.

FHN mətbuat xidmətindən bildirilib ki, Cənub Regional Mərkəzi, Yanğın Mühafizə və Sularda Xilasetmə xidmətlərinin regional strukturlarının canlı qüvvə və texnikası cəlb olunmaqla Cəlilabad rayonunda su basmış həyət evlərində suçəkmə əməliyyatları aparılıb.

Masallının Təklə kəndində 18 nəfər, Xırmandalı kəndində 30 nəfər təxliyə olunub. İki gecə Nazirliyin bütün yerli strukturlarının əməkdaşları İcra Hakimiyyəti ilə birlikdə bu istiqamətdə iş aparıb.

 





27.10.2016    çap et  çap et