Vaxt.Az

Nazirlikdə kadr dəyişikliyi


 

Sektor müdiri işdən çıxdı

Nazirlikdə kadr dəyişikliyi Gənclər və İdman Nazirliyinin (GİN) Dopinqə qarşı mübarizə sektorunda kadr dəyişikliyi olub. Sektorun müdiri İradə Rüstəmzadə vəzifəsindən azad olunub. Faktı AzVision.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova təsdiqləyib.

O bildirib ki, İ.Rüstəmzadə bir neçə gün öncə öz istəyi ilə ərizə yazıb və işdən azad olunub. «İradə Rüstəmzadə illərdir sektora rəhbərlik edib. Lakin bir neçə gün öncə öz istəyi ilə ərizə yazdı və işdən azad olundu. Onun çıxmasının sektorun fəaliyyətinə heç bir təsiri yoxdur. Nazirliyin Dopinqə qarşı mübarizə sektoru əvvəlki qayda da öz işini davam etdirir».

 





27.10.2016    çap et  çap et