Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Barak Obama arasında telefon danışığı olub. Türkiyə mətbuatında yayılan məlumata görə, tərəflər arasında 1 saat 25 dəqiqə davam edən telefon söhbəti Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.Telefon danışığı zamanı başda Suriya və İraq olmaqla bölgədə İŞİD-ə qarşı mübarizə məsələsində qətiyyətli olduqlarını təsdiq edərək, Şimali İraqda PKK-nın məskunlaşmasının qarşısının alınmasında ortaq mövqe sərgiləyib, İraqın suverenliyi və ərazi bütövlüyünü tanıdıqlarını deyiblər.
Prezident Obama İŞİD terror qruplaşması ilə mübarizədə səylərin əlaqələndirilməsinin vacibliyini vurğulayıb. Obama Türkiyənin İŞİD-ə qarşı İraqda iştirakının müvafiq səviyyədə müəyyənləşdirmək üçün rəsmi Ankara və Bağdad arasında davam edən dialoqu alqışlayıb.
Prezident Obama həmçinin Suriya müxalifətinə göstərdiyi dəstəyə görə Türkiyəyə minnətdarlığını bildirib, Suriyanın şimal-qərbində İŞİD-ə qarşı birgə əməkdaşlığın önəmliliyini vurğulayıb.
Öz növbəsində Ərdoğan İŞİD və PKK daxil olmaqla bölgənin bütün terror qruplaşmalarından təmizlənməsinin vacibliyini diqqətə çatdırıb.
çap et