«Gülənin terror fəaliyyəti yalnız Türkiyə üçün deyil, həm də bütün dünya üçün təhlükəlidir. Harada ki Gülənin tərəfdarları hərəkət edirlər, o ölkə təhlükəsiz şəraitdə deyil» – deyə baş nazir vurğulayıb.
Onun sözlərinə görə, bu məsələdə qardaş Azərbaycan operativlik və həssaslıq nümayiş etdirib.
«Biz Gülənin strukturlarının tam məhv etməsi üzrə Azərbaycanın addımlarını yüksək qiymətləndiririk. Ümid edirik ki, başqa dost və qardaş ölkələr bu yolu izləyəcəklər», - deyə Binəli Yıldırım vurğulayıb.
Onun sözlərinə görə, rəsmi Ankara bundan şübhələnmir.
Qeyd edək ki, Fətullah Gülənin rəhbərlik etdiyi terror təşkilatı iyulun 15-dən 16-a keçən gecə Türkiyədə hərbi yolla dövlət çevrilişinə cəhd göstərib. Lakin çevriliş cəhdinin qarşısı alınıb. Bu zaman 241 nəfər həlak olub.