Bu barədə oktyabrın 27-də, «İnterfax» nəşri xəbər yayıb.
Xəbərdə bildirilir ki, Rusiya dövlət başçısı ABŞ prezidenti Barak Obama ilə şəxsi danışıqların nəticəsiz qaldığını bəyan edib.
«Uzun müddət aparılan danışıqlar, böyük əziyyətlər və çətin güzəştlərdən sonra terrorçulara qarşı mübarizədə birgə cəbhənin formalaşması gözlənilirdi, lakin bu baş vermədi. Amerika Birləşmiş Ştatlarının prezidenti ilə şəxsi danışıqlarımız da alınmadı», - Putin əlavə edib.