«8 aydır ki, əmək haqlarımızı ala bilmirik. Dəfələrlə A.Cəlilova etirazımızı bildirmişik. Bizə deyir ki, «3 gündən bir gəlib, 20 manatınızı alıb gedin. Sizə 2000 manatı birdəfəlik verən deyiləm». Onun 3 gündən bir təklif etdiyi 20 manatla nə etmək olar? Kirayədə qalanlarımız var. İşığın, qazın pulunu necə verək? 20 manatla necə dolanaq?»
İşçilər «Çudo Peçka»nın müflis olduğunu da qeyd ediblər:
«Çudo Peçka» şirniyyat mağazaları şəbəkəsi çökmək üzrədir. Anar Cəlilov da çox yaxşı bilir ki, biznesi çökür. Ölkədən qaçmağa hazırlaşır. Ona görə də, işçilərin əmək haqlarını verməyi düşünmür».
İşçilər bir neçə yerə şikayət edəcəklərini də deyiblər.
Qeyd edək ki, baş verənlərlə bağlı «Çudo Peçka» mağazalar şirkətinin sahibi Çingiz Cəlilovun oğlu A.Cəlilov polis bölməsinə çağrılıb. (modern.az)