«Xəzər TV» bildirir ki, əsas səbəb fərdi taksilərdə xidmət müqabilində göstərilən qiymətlərlə bağlı yaşanan xaosdur. Müraciət qəbul edildikdən sonra qanuni şəkildə fəaliyyət göstərən fərdi taksilərdə qiymətlər xüsusi qaydalarla tənzimlənəcək.
Qiymətlərin tənzimlənməsi taksilərə fərqlənmə nişanları verildikdən sonra həyata keçiriləcək. Fərdi qaydada taksi xidməti göstərən sürücülərin fərqlənmə nişanı alması iki ay ərzində yekunlaşacaq. Fərdi taksilərdə standart qiymətlərin tətbiqi birmənalı qarşılanmayıb.