115 ildir ki, Nobel mükafatı verilir. 1 əsrdən çoxdur ki, Azərbaycan Nobel gətirəcək sakinini gözləyir. Amma Nobel qardaşlarının ruhunu şad edəcək bir kimsə tapılmır ki tapılmır. Nəticədə gücümüz başqasının pulunu, Nobelini saymağa çatır. İndi də yazıq Bob hədəf seçilib. Özü ona yazıq dediyimi eşitsəydi yəqin narazı qalardı. Yazıq mənim düşmənim olsun deyərdi. Bir tərəfdən də ki niyə yazıq olur e. Kişi məşhuri cahan oldu. Ədəbiyyat üzrə Nobelin sahibi oldu. Alacağı mükafatın məbləğindən isə danışmaq istəmirəm. Bu da başqasının pulunu saymaqla aramın olmadığından irəli gəlir. Əl qərəz. Başlayıblar ki, musiqiçi Bob Dilan hara Nobel hara? Ay başınıza firlanım. Bizdən hansı musiqiçi el arasında da manıs deyilən hansı Allah bəndəsi Nobel almaq qabiliyyətində oldu ki? Nobel qardaşlarının ruhu da ona mane olsun. Bəlkə Niyaməddin müəllim, ya Baloğlan müəllim ala bildi Nobeli ona Nobelı verən olmadı? Elə bilməyin ha adlarını çəkdiklərimlə qəsdi-qərəzliyim var. Ay tövbə. Sadəcə ikisi Bobla həmyaşıd olduqlarından, öz «kruqların»da Bob qədər məşhur olduqlarından onların adın çəkdim.
Azərbaycandakı müğənnilərinsə sayı-hesabı yoxdur. Sözüm onların hər birinə aiddir. Oğlum sənə deyirəm kürəkənim sən eşit. Odur ki, çox hay- küy etməyin.
Səs salmayın ki, niyə musiqiçi Boba Nobel verirlər, bizim musiqiçilərə yox. Nobellərin də ruhunu narahat etməyin səsiniz, narazılığınızla.
Müğənnilərimiz, hamınız Bob olun! Onda danışarıq!!!