Bir gün əvvəl Masazır qəsəbəsində Sadiq adlı həyat yoldaşını dəmir parçası (lomla) çoxsaylı xəsarətlər yetirərək xüsusi amansızlıqla qətlə yetirib. Dəmir parçasını əlinə silah kimi alan, insanlığa sığmayan hərəkətlər edən birisi 40 günlük körpəni anasız qoyur. Lomla törədilən qətllərin sorağı, tək paytaxtdan deyil, bölgələrdən də gəlir. Neftçalada Vurğun adlı biri həyat yoldaşı Mədinəni dəmir parçası ilə döyüb öldürüb. Xaçmazda da eyni hadisə təkrarlanıb. Bir sözlə, adını kişi qoyub, gücünü qadına göstərənlərin müasir silahına dönüb dəmir parçaları. Qəddarlaşan, vəhşiləşənlər kiminsə ciyər parasını əllərindəki dəmir parçaları ilə parçalayırlar. Bunun isə hesabı var. Hesab isə cəzaçəkmə yerlərində bir neçə il cəza alıb çıxmaq deyil. Onlar silahları ilə o dünyada qarşılaşacaqlar və can aldıqları dəmirlər onların cansız bədənlərinin yox, həm də ruhlarını parçalayacaq. Qonşum Əşrəf dayı isə indi haqq dünyasındadır. Əşrəf dayının lomunun isə yəqin ki, o dünyada yeri bir başqadır.