Hazırladığım verilişlərin texniki tərəflərinə nəzər salandan sonra mütləq zəng edib, təşəkkürünü çatdıran peşəkar bir insanla işləmək bizlərə o qədər zövq verirdi ki. Bir başqa insan idi. Mədəni, gülərüz… Ondan çox şeylər öyrəndik. Təmkini öyrəndik. Bilmədiklərimizi öyrəndik. Hələ sizdən öyrənəcəklərimiz çox idi, Ələkbər müəllim! Niyə, bu qədər vəfasız oldunuz? Niyə tələsdiniz əbədiyyətə qovuşmaq üçün? Urəyiniz niyə sizi yarıyolda qoydu? ANS-sizlikmi sizi bizdən aldı? Bu yoxluğa dözmədinizmi? Axı, son dəfə ANS-də sizinlə qarşılaşanda mənə «hər şey yaxşı olacaq mən sizin filmləri gözləyirəm» demişdiniz. Niyə, sözünüzə xilaf çıxdınız, Ələkbər müəllim? «Mən varkən ölüm yoxdur, ölüm var ikən mən yoxam, o halda qorxmalı nə var ki», deyənlər. «Ələkbər müəllim yoxdur» sözlərini ona yaraşdırmadım ki mən. Ölüm haqdır deyənlər, Ələkbər müəllimin ölümü haqdırmı, məgər?
Bir təsəllim var.
Öləndən sonra unudulmaq istəmirsənsə, ya oxumağa dəyən nələrsə yazın ya da yazmağa dəyən nələrsə edin! Ələkbər müəllim siz buna görə heç vaxt unudulmayacaqsınız!
Heç vaxt !!!!