Deməli, bürclərin də yeri deyişib. Yəni bürclər sürüşmələrə məruz qalıb. Bu hələ harasıdır? 13-cü bürc də peyda olub. 30 noyabrdan 17 dekabr aralığında dünyaya göz açanlar bu gündən ilan bürcündəndirlər. İlan bürcü olmasam da, ona yaxın sayıla biləcək sancmaq mənasında əqrəb bürcündənəm. Daha doğrusu bu yaşımadək əqrəb bürcü idim. İndi NASA-dakılar deyir ki, mən tərəzi bürcüyəm. Axi, əqrəb bürcünün xüsusiyyətləri olan bir bani-adam necə xarakterini dəyişə bilər ki?
Doğrudur, taleyini ulduzlara bağlayan insan olmasam da, bürcümün xüsusiyyətləri məndə özünü çox doğru göstərir. Odur ki, deməyim odur ki, dəyməyin mənim bürcümə, ay alimlər! Qoyun əqrəb bürcü olaraq da qalım. Sürüşdürməyin bürcümü. Yaxşi ki astroloq Səbuhi bürclərin sürüşmədiyini deməklə, NASA-nın yalanını üzə çıxardı. Yoxsa bu sürüşmə dərdi mənim axırıma çıxacaqdı.