Arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 8-10° isti, gündüz 11-16° isti təşkil edəcək. Bakıda gecə 8-10° isti, gündüz 14-16° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 766 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz. Səhər duman. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 6-10° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Xəbərdarlığa görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti oktyabr ayının sonunadək davam edəcəyi gözlənilir.