Vaxt.Az

23 illik ayrılığın adı - Zəngilan


 

Bağışla məni ATA…

 23 illik ayrılığın adı - Zəngilan Üşüyürəm! Sənsiz çox darixiram!

Nə səsim yetir, nə əlim çatır! 23 ildir yollari, izləri itirmişəm. Ziyarətinə gələ bilmirəm sənin. 23 ildir görmürəm səni. Bağışla məni. Əgər bağışlamaq mümkündürsə....

Bakıda dünyaya gəlsəm, burda boya-başa çatsam da, Zəngilan sevgisi ilə böyümüşəm. Qəlbimdə hər zaman doğma yurduma sevgim olub. Beynimdə tətil başlasaydi Zəngilana gedərdim fikri olub!

Beləcə 14 il yay aylari valideynlərimlə Zəngilana yol aldim. Bu yolun isə 14-ündə bitəcəyini heç ağlıma gətirmədim . Bir soyuq payız günü onu itirəcəyimizi haradan bilərdim ki. Həmin gün ömrüm boyu yadimdan çıxmayacaq. Qardaşımın Türkiyə Universitetlərindən birinə, mənim isə Bakı Dövlət Universitetinə qəbul olunma xəbərinin sevincini gözüdolusu yaşamaq istəyimiz bir anda yarıda qırıldı. Həmin acı xəbər… Anamın hönkürə-hönkürə, otaqda özünə yer tapa bilməməsi, bu gün də gözlərimin qarşısında qaldı. Həmin görüntü sanki yaddaşıma həkk olub.

Axı hər kəsimiz o tayda qalmışdı. Torpağımıza düşmən ayağı dəymişdi. Zəngilan mühasirədə idi. Ata yurdum reanimasiyada olan xəstə kimiydi. Hamı ümidini üzmüşdü ondan! Qonşu rayonlar artıq işğal olunmuşdu. Zəngilan düşmən əhatəsində tək qalmışı. Azərbaycan torpağında ikinci Xocalı Soyqırımın baş verməməsi üçün yeganə çıxış yolu Araz çayı idi. İran tərəfi ilə aparilan danışıqlardan sonra çay üzərindəki bənddə suyun dayandırılması ilə  30 mindən çox mülki vətəndaşımızın həyatı xilas olmuş oldu. Qəhrəman oğulları son anadək vuruşdu. Qeyri bərabər döyüşlərdə 188 şəhid verən Zəngilan ermənilərin işğal etdiyi sonuncu rayon oldu.

Mən bugünkü gün təkcə Ana-Ata yurdumu itirmədim. Orada məzarını qoyub gəldiyim əzizlərimi ziyarət haqqını itirdim. Atamın, babamın, nənəmin, əmimin bütün doğmalarımın məzarlarına baş çəkmək, onların uyuduğu torpağa toxunmaq haqqını itirdim. 23 ildir ki, onlar ucun darıxıram. Atamla dərdləşmək istəyirəm. Amma bunu edə bilmədiyim üçün qəlbim sizlayir. Nə vaxtadək yuxuda atamin qəbrinin uçurulduğunu görüb, hiçqirti ilə, hövlnak ayılacağam. 23 illik ayrılıq çox oldu.

Bağışla məni Ata, səni ziyarətinə gələ bilmədiyim üçün!

Bağışla məni Ata Yurdum!

 





29.10.2016    çap et  çap et