Vaxt.Az

Fars-erməni qardaşlığı ABŞ-da


 

İrana hərbi avadanlıq qaçaqmalçılığı ilə məşğul olan 2 erməni tutulub

Fars-erməni qardaşlığı ABŞ-da Oktyabrın 28-də Amerikanın federal prokurorluğu, İrana gizli yollarla hərbi avadanlıq qaçaqmalçılığı ilə məşğul olan, miliyyətcə erməni olan 2 nəfərin tutulması barədə məlumat yayıb. Bildirilir ki, hərbi təyyarələrin ehtiyat hissələrindən ibarət olan həmin avadanlıqların ümumi dəyəri 3 milyon dollardır.

ABŞ Ədliyyə Nazirliyinin məsələ ilə bağlı yaydığı bəyanatında bildirilir ki, Kaliforniya əyalətinin sakini olan və Los-Anceles yaxınlığında yaşayan 52 yaşlı Zavik Zərgəriyan və 57 yaşlı Vaçe Nairiyan, Amerikanın İrana qarşı sanksiyalar qanununu pozduqlarına görə oktyabrın 26-da həbs ediliblər. 

Amerikalı prokurorların bildirdiyinə görə, barələrində irəli sürülən ittihamlar sübuta yetirildiyi təqdirdə, Zavik Zərgəriyan 115 il həbsə və 4 milyon 770 min dollar, Vaçe Nairiyan isə 95 il həbsə və 3 milyon 770 min dollar cəriməyə məhkum edilə bilər. Vurğulanır ki, barələrində irəli sürülən ittihamları rədd edən həmin şəxslərin məhkəməsi, iki aydan sonra keçiriləcək.

 





29.10.2016    çap et  çap et