Milli.Az The Wall Street Joutnal»a istinadən bildirir ki, Avropa Birliyində məlumatların müdafiəsi məsələləri ilə məşğul olan «29-cu maddənin işçi qrupu» məktub yayaraq «WhatsApp» və «Facebook» arasındakı anlaşmadan dolayı ciddi narahatlıq keçirdiyini bildirib. Mobil messenceri satın almış «Facebook» bu minvalla «WhatsApp»ın bütün istifadəçilərinin telefon nömrələri və digər məlumatlarına yiyələnib.
««WhatsApp» istifadəçiləri servisdən istifadəyə başlayanda belə «mübadilə»yə icazə verməmişdilər. İstifadəçilərin hüquqlarının tam müdafiəsi təmin edilməyincə «WhatsApp» və «Facebook» arasında mübadilə dayandırılmalıdır», - açıqlamada deyilir.