Vaxt.Az

Brokonyerlər müfəttişi atəş açdılar


 

Nazirlik əməkdaşı iş başında yaralandı

Brokonyerlər müfəttişi atəş açdılar Bu gün səhər saatlarında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 7 saylı İmişli ərazi ekologiya şöbəsinin Saatlı rayonu üzrə müfəttişi, 62 yaşlı Ağakərim Səlimov güllə yaraları ilə Şirvan şəhər xəstəxanasına gətirilib.

Xəstəxanadan virtualaz.org-a verilən məlumata görə, xəstə qarın boşluğu və yan nahiyəsindən güllə yaraları aldığından əməliyyat olunub və hazırda həyatı üçün heç bir təhlükə yoxdur.

ETSN-dan da baş vermiş hadisəni təsdiqləyərək bildiriblər ki, müfəttiş Ağakərim Səlimov qanunsuz ov edənlərə qarşı aparılan tərdbirlər zamanı güllə yarası alıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

 





30.10.2016    çap et  çap et