Vaxt.Az

Səudiyyədən Yəmənə aviazərbə


 

Raket həbsxanaya düşdü, 60 …

Səudiyyədən Yəmənə aviazərbə Səudiyyə Ərəbistanının liderliyi ilə koalisiyanın Yəməndə həbsxana kompleksinə hava hücumları nəticəsində onlarla insan ölüb.

Təhlükəsizlik qüvvələri və səhiyyə rəsmiləri deyirlər ki, hücumlar Hudaydah limanında yerləşən əl-Zaydiyə təhlükəsizlik mənzil-qərargahında həbsxana kimi işlədilən binaya olub.

Bu şəhər hazırda huti qiyamçılarının nəzarəti altındadır. Hutilər 2014-ci ildən bəri hökumətlə müharibə aparır.

Rəsmilər hazırki hücum zamanı 60 nəfərin öldüyünü, onlarla sakinin yaralandığını deyir.

Şənbə günü edilmiş hücum zamanı həbsxanada 84 nəfər məhbus olub.

Yəmənin mühacirətdə olan prezidenti Mənsur Hadini dəstəkləyən koalisiya bundan əvvəl də sadə vətəndaşlara hücumlara görə tənqid edilib.

Bu ayın əvvəlində Yəmənin paytaxtı Sana şəhərində yas mərasiminin keçirildiyi əraziyə hücum nəticəsində azı 140 nəfər ölüb.

Koalisiya həmin hücum hədəfinin onlara «səhvən» verildiyini deyib.

 





30.10.2016    çap et  çap et