Məlumata görə, nazirliyin işçiləri iki pakistanlını, həmçinin Suriya və Sudan vətəndaşlarını həbs ediblər. Onlar Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirliklərinin futbol komandaları arasında Ciddə şəhərində keçiriləcək matçda terror aktı planlaşdırmadqa şübhəli bilinirlər.
Belə ki, şübhəli şəxslərin stadionda minalanmış avtomobili partlatmağı planlaşdırdıqları bildirilir. Cinayətkarların İŞİD terror qruplaşması ilə əlaqəli olub-olmamaları məlum deyil.
Hüquq-mühafizə orqanlarının digər məlumatına görə, polisə hücum planlaşdıran daha 4 şübhəli şəxs həbs edilib. Onların bu barədə göstərişi İŞİD rəhbərlərinin birindən aldığı qeyd olunur.