Artıq sərəncam imzalandığı müddətdən 6 ay 15 gün ötməsinə baxmayaraq, hələ də yuxarıda sadalanan sənədlərdən xəbər yoxdur. Həmin sənədlərin layihələrinin vaxtında Prezident Aparatına təqdim olunduğuna şübhəm olmasa da onun məqsədli şəkildə gecikdilriləcyi ilə bağlı gözləntilərim artıq özünü doğrultmaqdadır. Baxmayaraq ki, bu istiqamətdə görülən işlərə külli miqdarda ödəniş hesabına dünya şöhrətli McKinsey şirkəti də cəlb olunub, amma əvvəlcədən də gözləndiyi kimi onu Aparatdan keçirmək o qədər də asan olmayacaq. Şübhə etmirəm ki, Aparatda ilişib qalan sənədlərin «hərəkətini orda tormozlayan qüvvələrə» yaxın zamanlarda qalib gəlmək mümkün olsun. Yəqin ki, «bu xəmir hələ çox su aparacaq». Bundan da ən çox itirən iqtisadiyyat, biznes və biz istehlakçılar olacaq.