Vaxt.Az

17 nəfər həlak oldu


 

Bağdadda növbəti partlayışlar

17 nəfər həlak oldu Yerli rəsmilərin verdiyi məlumata görə, Bağdadda beş partlayış nəticəsində 17 nəfər ölüb, 60 nəfər yaralanıb. Avtomobildə yerləşdirilmiş bombalardan biri paytaxtın əsas etibarilə şiələrin yaşadığı şimal-qərb hissəsində yerləşən Hürriyyə rayonunda meyvə-tərəvəz bazarında partlayıb. Hadisə nəticəsində azı 10 nəfər həlak olub, 30-dan çox insan yaralanıb.

Rəsmilər, polis işçiləri və mətbuat üzvləri ilə danışmaq səlahiyyəti olmadığı üçün adlarının açıqlanmasını istəməyən həkimlər Bağdadın şimalınd Şaab məhəlləsində izdihamlı bazarda əldəqayırma partlayıcı qurğuların partlaması nəticəsində üç nəfərin öldüyünü, 10 nəfərin yaralandığını bildirib.

Bağdadın Topçi və Zatariya rayonlarındakı bazarlarda baş vermiş iki başqa partlayış zamanı isə dörd nəfər həlak olub, 16 nəfər yaralanıb.

İraq paytaxtının yoxsul şəhər ətrafı bölgəsi olan Sədr şəhərciyində isə mikro avtobusa yerləşdirilmiş başqa bir bombanın partlaması nəticəsində altı nəfər yaralanıb.

Bazar günü bomba hücumlarına görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Lakin sünni ekstremistlər İraqda əksəriyyət təşkil edən şiələrə qarşı tez-tez hücumlar təşkil edir.

Bağdadda baş vermiş silsilə partlayışlar İraq təhlükəsizlik qüvvələrinin ölkənin ikinci ən böyük şəhəri olan Mosulun İŞİD-dən azad edilməsi əməliyyatları apardığı vaxta təsadüf edir.

 





30.10.2016    çap et  çap et