Netanyahu səfərin yaxın üç ay ərzində həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Baş nazir Azərbaycanla yanaşı Avstraliya, Sinqapur və Qazaxıstana da gedəcək.
İsrailin baş naziri sözügedən üç ölkəyə bu günə qədər səfər etməyib. Azərbaycanda isə 1997-ci ildə Şərq səfərindən İsrailə qayıdan zaman, yolüstü olub. Netanyahu təqribən 20 il əvvəl Bakının hava limanında Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə görüşüb.