Vaxt.Az

...Metroda siqaret çəkmək olarmı? (VİDEO)


 

Qatarı idarə edə-edə…

...Metroda siqaret çəkmək olarmı? <b style="color:red">(VİDEO)</b> Adətən avtobuslarda bu problemlə tez-tez qarşılaşırıq. Sərnişinlər sürücülərin siqaret çəkməsindən narazılıq edirlər. Bu dəfə isə sərnişinlər metroda analoji haldan yəni maşinistinin siqaret çəkməsindən şikayət ediblər. Bəs görəsən buna icazə varmı?

Bakı sakini metrodakı maşinistlərin siqaret çəkərək sərnişinləri narahat etməsindən şikayətlənir.

Elşən Qasımovun sözlərinə görə demək olar ki, hər gün metroda olarkən qatarın için siqaret iyisi bürüyür. Buna səbəb isə maşinistlərin qatarı idarə edə-edə siqaret çəkmələridir.

Şikayətçi həmçinin bildirib ki, adətən avtobuslarda rast gəlinən bu problemdə sürücüynən danışıb məsələni həll etmək olursa, metroda bu mümkün deyil.

Məsələ ilə bağlı bakı metropolitenin mövqeyini öyrəndik. Metropolitenin şöbə müdiri Nəsimi Paşayevin sözlərinə görə qatarda maşinistlərin siqaret çəkməsinə icazə verilir. Çünki, onlar bir necə saat dayanmadan yerin altında olurlar və fasilə üçün heç bir yerə çıxa bilmirlər. Maşinistlər üçün qatarda siqaret çəkməyə xüsusi şərait yaradılıb. Təhlükəsizlik üçün isə bütün tədbirlər görülüb.

 





31.10.2016    çap et  çap et