Vaxt.Az

Mahaçqalada kütləvi zəhərlənmə


 

Bağırsaq infeksiyasından 360 nəfər xəstəxanaya yerləşdirilib

Mahaçqalada kütləvi zəhərlənmə Mahaçqalada bağırsaq infeksiyası ilə xəstəxanaya yerləşdirilənlərin sayı 360 nəfərə çatıb. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, onlardan 265-i uşaqlardır.

Rusiya Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, xəstələrə lazımi tibbi yardım göstərilir, onların həyatlarına təhlükə yoxdur.

İlkin versiyaya  əsasən, zəhərlənməyə içməli su səbəb olub. Hadisənin sakinlərin istifadə etdiyi içməli suyun yağış sularına qarışması nəticəsində baş verdiyi ehtimal olunur.

Hadisə ilə əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

 





31.10.2016    çap et  çap et